Loading...
Loading...

Bu gün Milli Mətbuat Günüdür

Hazırda jurnalistlər Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, blogerlər Əbdül Əbilov, Rəşad Ramazanov və Fərəz Kərimli həbsdədirlər

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasından 141 il ötür.

Azərbaycanda ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Ötən illə müqayisədə (162) indeksdə bir pillə də geriləyən Azərbaycan 163-cü yerdə qərar tutmaqla dünyanın ən repressiv ölkələri sırasında göstərilir.

Bu fikirlər “Sərhədsiz Reportyorlar” təşkilatı 2016-cı il üçün Ümumdünya Mətbuat Azadlığı İndeksinn Azərbaycana dair hissəsində yer alıb.

Təşkilat bildirib ki, plüralizmin bütün formalarını əzməkdən məmnun qalmayan prezident İlham Əliyev 2014-cü ildə yerdə qalan tənqidçilərinə qarşı durmadan müharibə aparıb. Rüşvətə, şantaja, döyülmələrə və təhdidlərə boyun əyməyən müstəqil jurnalist və blogerlər həbsə atılır. “Zerkalo və “Azadlıq” kimi bəzi media orqanları iqtisadi baxımdan boğulur. Azadlıq Radiosu kimi digərləri isə zor gücünə qapadılır. Ən mübariz insanları, yaxud Emin Milli və Qənimət Zahid kimi mühacirətdə yaşayan jurnalistləri özlərinə tabe etdirmək üçün, hökumət orqanları onların ailə üzvlərini təqib edir.

“Monitor” jurnalının baş refaktoru Elmar Hüseynov 2005-ci ildə, yazıçı-publisist Rafiq Tağı isə 2011-ci ildə öldürülüb. Hələ də onların qatilləri tapılmayıb.

Hazırda jurnalistlər Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, blogerlər Əbdül Əbilov, Rəşad Ramazanov və Fərəz Kərimli həbsdədirlər.

Metdan.tv

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Millət vəkili türk əsgərinin müdafiəsinə qalxdı

%d bloqqer bunu bəyənir: