Advertisements
24 saat

Bu gün Lənkəranskinin 40 mərasimidir – BAŞ DAŞI HAZIR DEYİL


Bu gün öldürülən məşhur avtoritet Rövşən Lənkəranskinin 40 mərasimidir. 24saat.org-a verilən məlumata görə, Lənkəranda mərhumun 40 mərasimi keçirilir və ehsan süfrəsi açılıb.
Kiçik bazar məhəlləsində təşkil olunan məclisdə yerli sakinlər, mərhumun yaxınları və yas mərasiminə yetişə bilməyən tanışları iştirak ediblər. Axşam saatlarında Rövşənin məzarı ziyarət olunacaq. Saytımıza verilən məlumata görə, Lənkəranskinin başdaşı hələlik hazır deyil.
Avqustun 18-də İstanbulda öldürülən nüfuzlu qanuni oğrunun qətli ilə bağlı istintaq davam edir. Amma onun qətlinin kim tərəfindən sifariş edildiyi konkret açıqlanmayıb.
“Şakro Molodoy” ləqəbli kürd əsilli Zaxar Kalaşovun “Ded Xasan”ın qətlinə görə ondan qisas aldığı haqda şübhələr var.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: