Loading...
Loading...
tramp-klinton.jpg

Bu gün dünya ABŞ-da özünə yeni prezident seçir

Son rəy sorğuları Klintonun Trampı qismən üstələdiyini göstərsə də, sürpriz də istisna edilmir…

Bu gün ABŞ toplumu özünün 58-ci prezidentini seçərək, həm öz ölkəsinin, həm də faktiki şəkildə Avropa və dünyanın taleyini müəyyən edəcək. Ənənəvi olaraq, ABŞ-da seçkilər hər 4 ildən bir noyabr ayının ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günündə keçirilir. Bu dəfə isə səsvermə müvafiq olaraq noyabrın 8-nə təsadüf edir. 
İndiki prezident Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün üçüncü dəfə namizəd olması mümkün deyil. O baxımdan, ABŞ seçki sisteminə uyğun olaraq keçirilmiş praymerizlə Demokratlar Partiyasının namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, Liberallar Partiyasının namizədi Qari Conson və Yaşıllar Partiyasının namizədi Jill Steyn müəyyən edilib. Əsas rəqabət isə təbii ki, Klinton və Tramp arasında gedir, digər ikisi müzakirə mövzusu belə deyil.
Hazırda Klinton və Tramp arasında başabaş mübarizə gedir, onlardan hansının prezident seçiləcəyi ilə bağlı proqnoz vermək olduqca çətindir və bu mənada hazırda dünya ictimaiyyəti iki yerə bölünüb. Ənənəvi siyasət yürüdən Hillari Klintonu dəstəkləyənlərlə yanaşı, ABŞ siyasətində inqilab etməsi gözlənilən və bəzi açıqlamaları ilə dünya təhlükəsizliyini təhdid edən Donald Trampı da dəstəkləyənlər az deyil. Tramp tərəfdarları daha çox onun Amerikanın iqtisadi qüdrətini artıracağını düşünürlər.
Image result for Votes USA
 
Digər tərəfdən, Hillari Klintonun da ABŞ prezidenti olması bu ölkə üçün yenilikdir. Belə ki, ölkə tarixində ilk dəfə olaraq Ağ Evə qadın rəhbərlik edəcək. 
Anket sorğuları hələ ki Hillari Klintonun şansının üstün olduğundan xəbər verir.  “NBC News” ilə “Wall Street Journal” tərəfindən  3-5 noyabr tarixində aparılan anket sorğusuna görə, səslərin 44 faizini toplayan Klinton Trampı 4 faiz qabaqlayır. Liberallar Partiyasının namizədi Qari Conson 6 faiz, Yaşıllar Partiyasının namizədi Jill Steyn isə 2 faiz seçici dəstəyi ala bilib. ABŞ seçki sistemindəki “qazanan hamısına sahib olur” prinsipi ilə Qari Consonvə Jill Steynə, ümumiyyətlə, şans tanınmır. Bu prinsipin məntiqi isə odur ki, əgər bir ştatda qalib gələn namizədin 20 nümayəndəsi qalib gəlsə belə, o ştatdakı bütün səsləri, məsələn, Florida ştatında 29 səsi qazanır.
Image result for Votes USA
“Washington Post” ilə “ABC News” media qurumlarının  1-4 noyabr tarixlərində keçirdiyi anket sorğusunda da Klinton əsas rəqibini üstələyir. 100 baldan 48-ni toplayan Klinton Trampı 5 balla geridə qoyur. Lakin Klinton haqqındakı son ittihamlar, Federal Təhqiqatlar Bürosunun araşdırmalarının son günə qədər davam etməsi onun reytinqinə təsirsiz ötüşməyib. Belə ki, FTB-nin Klintonun elektron məktubları ilə bağlı araşdırmanı yeniləməsinə dair elanından sonra Trampla Klinton arasındakı səs faizi fərqi azalmışdı. Sonda FTB-nin Hillari  Klintona şəxsi email-dən istifadəyə dair bəraət verməsi ilə məsələ həll olunsa da, bu durum Trampı narazı salıb.
ABŞ seçki sistemində erkən səsvermə hüququ olduğu üçün ötən gün artıq 40 milyon seçici səsini verib. Lakin səsvermədə iştirakın yüksək səviyyədə olması gözlənilmir. ABŞ siyasi ekspertləri 230 milyon seçicidən 150 milyon nəfərinin seçkilərdə iştirak edib səs verəcəyini proqnozlaşdırır. Güman edilir ki, yerdə qalan seçicilərin səs verməməsinin əsas səbəbi namizədləri bəyənməmələridir.
 
Image result for Votes USA
ABŞ seçki sistemi dünyada ən mürəkkəb seçki sistemidir. Bu sistem elə qurulub ki, seçicilərdən ən çox səs toplayan namizəd qalib gəlməyə də bilər. Seçkinin məntiqi belədir ki, hər ştat prezidenti ayrı-ayrılıqda seçir və bunun üçün hər ştatda əhali partiyanın prezidentliyə namizədinin nümayəndələrinə səs verirlər. Həmin ştatda qalib gələn namizəd o ştatın əhali sayına görə müəyyən olunan seçki nümayəndələrinin hamısını qazanmış olur. Ümumilikdə isə bu nümayəndələrin çoxunu qazanan namizəd prezident olur.
Bu səbəbdən bu gün dünya mediası Hillari Klinton və Donald Trampın nə qədər səs topladığına deyil, hansı ştatlarda qalib gələcəyinə baxacaq. Bu mənada prezident olacaq namizəd bu gün 50 ştatdakı və üstəgəl,  paytaxt Vaşinqtondakı 538 nümayəndədən daha çoxunu, yəni  minimum 270-ni qazanmalıdır.
Onu da qeyd edək ki, seçkidə hər iki namizədin 2 min nəfərdən çox nümayəndəsi iştirak edəcək. ABŞ ştatları arasında əhalisinin çox olması səbəbindən daha çox nümayəndənin təmsil olunduğu ən böyük ştat Kaliforniyadır ki, burada 55 nümayəndə rəqabət aparır. Qazanan isə bu 55 nümayəndənin hamısının səsini toplayır. Bu mənada ikinci yerdə 38 nümayəndə ilə Texas ştatı dayandır. 
 
Image result for Votes Hillari and Trump
Amerikada mavi və qırmızı ştatların, yəni Respublikaçıları və ya Demokratları dəstəkləyən ştatların əksəriyyəti bəllidir. Əsas mübarizə ənənəvi olaraq 3 ştatda – Florida, Pensilvaniya və Ohayoda gedir. Bu ştatlar ABŞ mətbuatında sürüşkən ştatlar sayılır, yəni kimin qalib gələcəyi heç zaman bəlli olmur. Onlar həm də açar ştat sayılır, əhalisinin sayı çox olduğu üçün daha çox nümayəndənin burada təmsil olunmaq imkanı var. Bu günə qədər bu ştatlarda keçirilən ilkin seçkilərdə, o cümlədən son anket sorğularında Klinton Trampdan daha çox səs qazanıb.
Bir çox ölkələrdən fərqli olaraq, ABŞ-da sükut günü yoxdur. Prezidentliyə namizədlər təbliğat kampaniyalarını son dəqiqəyə qədər davam etdirirlər. Hillari Klinton günə Şimali Karolinada ştatında keçirəcəyi görüşlə başlayacaq. O, burada seçicilərinə səslənəcək və sonra da Miçiqan ştatına gedəcək. Klinton seçki gecəsini sürüşkən ştatlardan sayılan Pensilvaniyada keçirəcək. Filadelfiyada keçiriləcək görüşə isə hazırkı prezident Barak Obama və xanımı Mişel Obama da qatılaraq Klintona dəstək verəcəklər. Görüşlərdə Hillari Klintonun yanında həyat yoldaşı, sabiq ABŞ prezidenti Bill Klinton və qızı Çelsi Klinton da olacaq.
Respublikaçı namizəd Donald Tramp beş əyalətdə seçki kampaniyası aparacaq. O, əvvəlcə Florida ştatında qərarsız qalan seçiciləri öz tərəfinə çəkməyə çalışacaq, daha sonra da növbə ilə Şimali Karolina, Pensilvaniya, Nyu Hempşir və Miçiqanda son seçki mesajlarını verəcək.
 
Seçkinin nəticələrini isə hər iki namizəd seçki kampaniyalarının mərkəzi olan Nyu-Yorkdan izləyəcəklər. Onlar qələbə və ya məğlubiyyət xəbərlərini məhz bu şəhərdə alacaqlar.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ABŞ-da seçki saxtakarlığı videosunun özü saxta çıxdı – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: