Loading...
Loading...

Bu gün Azərbaycan dəlixanalarında özünü Mehdi sayan şizofrenik yatır”

Səfəvilərə qarşı elmi əsaslardan uzaq iddialarda bulunan və bu iddiaları önə sürəndə guya məşhur fikir adamlarından bəhrələndiyini göstərmək üçün Əhməd Ağaoğlunun fikirlərini konteksdən çıxardaraq təhrif edən Fazil Mustafanın nəzərinə:

“Üç yüz yıldan beri saraya girmek imkanını bulan, soyu sopu bilinmeyen, devletin kurucu unsuru ile maddi ve manevi hiç bir ilgisi bulunmayan nice kadın ve erkek, bu devletin başına ne kadar müthiş felaketler getirmişlerdir! Milli tarihimize o kanlı ve müthiş şekli verenlerin, hemen yüzde doksanı, bu gibi Türk olmayanlardır. Bunların saray ve saray çevresinde yaptıkları hile ve desiseler ettikleri hıyanetler, işledikleri cinayetler ve kanlı facialardır ki, milli tarihimizi kan lekeleri ile kirletmiştir”
Əhməd Ağaoğlunun “Üç mədəniyyət” kitabından götürülmüş bu sitat Osmanlılar haqqındadır. İçində təkcə “fəlakət” deyil, hətta “kir” kəliməsi də keçir. Ancaq buna görə kimsə Osmanlının tarixdəki yerindən və rolundan imtina etmir, onu aşağılamır, xalqın qəlbindəki Osmanlı qürurunu əritmək istəmir, tarix bilincini korlamır. Fazil Mustafa Əhməd Ağaoğlunun “İran və inqilabı”, “Üç mədəniyyət” adlı kitablarındakı əsas mesajları anlasaydınız əməvi zehniyyətini Azərbaycana yenidən daşımaq istəməzdi. Fazil Mustafa o zehniyyətin Səfəviləri hədəfə almış Xalid Əl Kəsrisidir günümüzdə. Əməvilərin, Abbasilərin davasını aparır xalqımıza qarşı. Zahirən türklük libası geyinib, amma tərs geyinib. Zahirən islam əbasına bürünüb, amma onu da tərs geyinib. Üzü dindar, astarı Əməvidir.
İddia edir ki, guya Şah İsmayıla qarşı Azərbaycan türkünün davasını aparır. Azərbaycan türkünün Şah İsmayılla nə sorunu var axı? Şah İsmayılı şah edən, iqtidara daşıyan Azərbaycan türklərinin etnogenizində iştirak edən tayfalardır. Şah İsmayılın, səfəvilərin ən böyük milli mirası millətimizdir, Azərbaycan türkləridir. Bundan böyük nə miras olasıdır ki? Yüzillərdir bu xalq Şah İsmayılı dastanlaşdırır, ozanlarımız deyişlərini oxuyur, dilimiz onun şeirləri ilə zənginlik qazanıb. Dədə Qorqudun ozan sənətinin bu günə çatmasında Xətai qədər önəmli rol oynayan ikinci şəxsiyyət yoxdur tarixdə. Anası Bayındır boyundan olan Şah İsmayılı Dədə Qorquda qarşı qoymaq cəhdi cəfəng daha nə ola bilər? Boynunuza alın, Fazil Mustafa, siz Azərbaycan türkünün yox, Azərbaycan türkünə qarşı dava aparırsınız.
Bu gün Azərbaycan dəlixanalarında özünü peyğəmbər, xəlifə və Mehdi sayan şizofrenik yatır. Məgər onlara görə islamdan imtina edirsiniz? Yoxsa biz də deməliyik ki, elə xəlifənin belə də mömini olar? Cılız intriqa fəndləri ilə elmi mübahisələri yönləndirmək olmaz. Arqumentiniz çatmırsa, deyin mübahisəni kəsək. Daha cığallıq, səviyyəni aşağı salmaq nəyə lazım? Bir müsahibə vermişəm, cavabında elmin, tarixin, fəlsəfənin yanından da keçə bilməmisiniz. Sosial şəbəkələrdə neçə status paylaşmısınız, birinin içində tarixi fakt, elmi dəlil və yanaşma yoxdur. Tükənmisiniz, əməvilik beyninizi, zehninizi elə qurudub ki, nə bu millətdən enerji ala bilirsiniz, nə də oxuduqlarınızı düzgün qavraya, doğru nəticə çıxara… Şah İsmayıl deyişində söyləndiyi kimi: “Özün əyri isə, yola zararsan”.
moderator.az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Azərbaycanda media cameəsi yoxdur”

%d bloqqer bunu bəyənir: