Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ekspertdən Lavorun gəlişinə münasibət: “Bu gedişat növbəti toqquşmaya aparır”

“Ermənistan rəsmiləri və siyasi ekspertləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıdakı görüşlərini və qarşılıqlı verilən açıqlamalara isti-isti münasibət bildirməkdə çətinlik çəkirlər”.

24saat.org-un xəbərinə görə, bunu politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistan rəsmiləri qəribə açıqlamalar verirlər:
“Yəqin onlar özləri üçün aydınlaşdırmaq istəyirlər ki, görəsən Azərbaycan rəsmilərinin Lavrovla danışıqlarda səsləndirdikləri “biz sülhə əvvəlkindən daha yaxınıq”, “danışqlarda müsbət dinamizm var” kimi ifadələrlə nəyi nəzərdə tutublar?
Məsələn Ermənistan prezidenti Serj Sərkisyan bu gün ərəb kanallarından birinə verdiyi müsahibədə deyib ki, “əgər hətta bütün dünya Dağlıq Qarabağ əhalisinə desə ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşasınlar, xalq bunu yenə qəbul etməyəcək”.
Yəni bütün dünya beləmi deyir ki, Sərkisyan narahatdır? Və ya xarici işlər nazirinin müavini Şavarş Köçəryan “münaqişənin paket həlli Dağlıq Qarabağın tanınmasından başlamalıdır” açıqlamasını verib. Köçəryan “paket həll”i yuxusundamı gördü, yoxsa bu yolla xarici diplomatlara mesaj göndərir ki, bizi “mərhələli həll” planını qəbula məcbur etməyin.
Məncə, danışıqlar nə “paket həll” nə də “mərhələli həll” planı üzrə gedir, hər iki planın kombinasıyası ətrafında uzun-uzadı fikir mübadiləsi gedir. Bu gedişat isə növbəti toqquşmaya aparır”.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Müşavirə iqtisadi fəlakətin miqyasını açıq göstərdi

%d bloqqer bunu bəyənir: