Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bu gərginlik Azərbaycanı narahat edir”

“Bu il aprelin əvvəlində Ermənistan hərbi birləşmələrinin davamlı təxribatları nəticəsində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyət yenidən gərginləşdi və Azərbaycan Ordusu düşmənə cavab verərək onu geri oturtmağa məcbur etdi. Nəticədə Ermənistan silahlı qüvvələri ciddi texnika və insan itkisinə məruz qaldı, həmçinin işğal altında saxladığı ərazilərin bir qismini boşaltmağa vadar edildi”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bunu “Sputnik”ə müsahibəsində deyib. Onun sözlərinə görə, təəssüf ki, bu hadisələr bəzi Rusiya KİV-lərində, hətta bir neçə aparıcı media orqanlarında balanslı təqdim olunmadı, faktlar təhrif edildi, kifayət qədər əsassız fikirlər səsləndirildi, daha çox Azərbaycan ərazilərini 20 ildən artıqdır ki, işğal altında saxlayan Ermənistanın mövqeyinin işıqlandırılmasına və şərhinə üstünlük verildi:

“Aydındır ki, Rusiyada böyük erməni diasporu fəaliyyət göstərir. Onlar da Rusiya mediasına ciddi təsir imkanları əldə etməyə, Ermənistan dövlətinin maraqlarına uyğun ictimai rəy formalaşdırmağa çalışırlar. Belələrinin əsas məqsədlərdən biri də Rusiya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini sarsıtmaq, hər iki ölkənin ictimaiyyəti arasında narazılıq yaratmaqdır.

Hətta bir sıra analitik proqramlarda erməni ekspertləri Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlikdən sui-istifadə etməyə və cəmiyyətdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdılar. Bütün bunlar da, təbii olaraq Azərbaycan ictimaiyyətində müəyyən narazılıq doğurdu.

Buna görə də istər Rusiyada, istərsə də Azərbaycanda KİV-lər dövlətlərarası münasibətlərin xarakterini nəzərdən qaçırmamalı, müxtəlif kənar qüvvələrin təsiri altına düşməməli, ictimai rəyə yanlış məlumatların təlqin edilməsi və manipulyasiya imkanlarını maksimum məhdudlaşdırmalıdırlar. Biz hər hansı media qurumunun üzərinə öhdəlik qoya, onun işinə müdaxilə edə bilmərik. Hesab edirik ki, obyektivlik, bitərəflik, qərəzsizlik medianın başlıca fəaliyyət prinsipləri olmalı, materialların təqdimatında ölkələrimizin milli maraqları, qarşılıqlı əlaqələrin mahiyyəti, habelə mövcud reallıqlar mümkün qədər nəzərə alınmalıdır”.

Ə. Həsənov əlavə edib ki, Rusiya ilə Türkiyə arasında müşahidə olunan gərginlik Azərbaycanı narahat etməyə bilməz. Çünki Azərbaycan hər iki dövlətlə yüksək səviyyəli, strateji tərəfdaşlıq əlaqələrinə malikdir:

“Digər tərəfdən, yaşadığımız regionun iki böyük ölkəsi arasında hər hansı problem dərhal bütün bölgənin sabit inkişafına mənfi təsir göstərir. Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Dövlət başçısı Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylər göstərməyə hazır olduğunu ifadə etmişdi.

Buna görə də biz Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışırıq. Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, keçmişə deyil, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti həm regionumuz, həm də Azərbaycan üçün çox vacibdir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan XİN: “Nazir həmsədrlərlə görüşə hazırdır”

%d bloqqer bunu bəyənir: