Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Bu elan hamını təəccübləndirdi – QIRICI TƏYYARƏ SATILIR

Bu elan və yanındakı fotoşəkil ikinci əl avtomobil və digər minik vasitələrin elanlarını dərc edən Moldaviya internet saytından birində yayımlanıb.
24saat.org xəbər verir ki, döyüş təyyarəsinin şəxsiyyəti açıqlanmayan moldovan sahibi elanda təyyarənin pilot kabinində və motorunda “bir az” təmirə ehtiyac olduğunu, amma bu təmirin ardından təyyarənin uçmağa hazır vəziyyətdə olduğunu xüsusi vurğulayıb. Elanda qırıcının qiyməti 85 min avro olaraq göstərilib.
2007-ci il istehsalı olan SU 35 qırıcı təyyarəsi saatda 2400 km sürətlə uça bilir və çox yüksək manevr qabiliyyətina malikdir.
Bu təyyarələr ümumilikdə 8 ton ağırlığa qədər silah və sursat daşıya bilir.
Döyüş təyyarəsinin və onun yanındakı mərmilərin mülki şəxsin əlinə necə keçdiyi isə bilinmir.

24saat.org

satilan_qirici

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bu video baxanları heyrətləndirir – MÜTLƏQ İZLƏYİN

%d bloqqer bunu bəyənir: