Now Reading:
Bu da ərəblərin Putini – FOTO
Full Article 40 second read

Bu da ərəblərin Putini – FOTO



Misirli jurnalist uşağının adını Putin qoyub. ANS PRESS-in məlumatına görə, Qahirədə yaşayan Moamen Muxtar Rusiya prezidentinin şərəfinə bu addımı atıb.

Muxtar Putinə olan sevgisindən oğluna Rusiya prezidentinin soyadını verib. Bu barədə jurnalist sevincini “Facebook” hesabında paylaşıb.

“Buda mənim oğlum Putin”, – deyə misirli “Facebook” hesabında qeyd edib. Oğlunun adını Rusiya prezidentinin soyadı ilə adlandırmaq qərarını Muxtar belə izah edib: “Yüzlərlə Vladimir var, yalnız Putin birdir”.

Hazırda Muxtar təbriklər qəbul etməklə məşğuldur. Onu Abu Putin “Putinin atası” deyə adlandırırlar.

Rusdilli sosial şəbəkə istifadəçiləri Muxtarı təbrik edərək balaca Putinin Rusiya prezidenti kimi böyük adam olacağını qeyd ediblər. Muxtar Misir qanunlarına əsasən, “Əbu Putin” adını almaq hüququ əldə edib. Bir müddət əvvəl Almaniyada yaşayan Suriyalı qızına Rusiya adı verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: