Bu dərmanın dövlət qeydiyyatı ləğv edildi


Səhiyyə Nazirliyinin sərəncamı ilə DV №14-00820 qeydiyyat vəsiqəli “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib.

Nazirlikdən verilən xəbərə görə, bu qərar “Alcon Pharmaceuticals” LTD şirkətindən Səhiyyə Nazirliyinə daxil olan müraciətə əsaslanaraq qəbul olunub.

Ərizəçi şirkətin müraciətində göstərilmişdir ki, “Kvinaks” ticari adlı azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1 dərman vasitəsinin konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə mənfi təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırlması barədə qərar qəbul edib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb və topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağrılıb.

lekarstva-kvinaks

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Azərbaycanda deputatların əməkhaqqı xərcləri açıqlanıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: