Loading...
Loading...

Bu aylarda qarpız yeməyin! – “Maddə 586”

O nə meyvədir, nə də tərəvəz. Elmi dildə adına meyvəli tərəvəz deyirlər. Qaqauz dilində isə frenk üzümü. Çəyirdəyi olduğu üçün giləmeyvə kimi də qəbul edilir. Söhbət 0,5-3 sm qalınlığında qabığı, daxilində çoxlu toxumu olan yumşaq ətlikli qarpızdan gedir. O qarpız ki, vətəni Afrikadır. Çoxlarınızın Sabirabad olduğunu düşünməyinizə, yaxud da bir afrikalının sabirabadlı qədər kənardan baxıb onun keyfiyyətini təyin edə bilməməsinə baxmayarq. Sözümüz bu deyil.

Dədə babadan iyul-avqust ayı qarpız mövsümü sayılır. Qarpızın faydaları olduğu kimi, zərərli tərəfləri də var. Xüsusilə dərmanla yetişdirilən qarpızlar orqanizmə öldürücü təsir edir. Keyfiyyətli qarpızı necə tanıyaq?

Oxucularımıza bu işdə Publika.az-ın “Maddə 586” layihəsi yardımçı olacaq.

Əvvəla nəzərə çatdıraq ki, yay fəslinin vazkeçilməz bostan bitkisi olan qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır. Tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr, bir sıra vitaminlər olan qarpız üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin zərifliyinə görə bir-birindən fərqlənir. Ölçüsünə görə iri, orta və xırda ölçülərə ayrılır. Xırdaların diametri 15-20 sm, orta ölçülülərdə 20-25 sm və irilərdə isə 25 sm-dən çox olur. Ətli hissəsinin vəziyyətinə görə zərif, xırda dənəli, boş, lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur.
Qarpızda 8-12% şəkər var. 10-15 kq-lıq bir qarpız meyvəsində 1-1,5 kq təmiz şəkər olur. Məhsulun böyük müalicəvi əhəmiyyəti var. Məsələn, Türkiyəli alimlərin araşdırmalarına görə, qarpızın tərkibi xərçəng xəstəliyinin müalicəsində önəmli hesab edilən likopen və sitrolin adlı 2 kimyəvi maddə ilə zəngindir. Alimin sözlərinə görə, qarpız sərinləşdirici təsir göstərməklə yanaşı, iştaha açandır, göz, mədə ağrısı və ağız qoxusunun qarşısının alınmasında da faydalıdır.

Necə saxlamaq olar?

Qarpız qəbul olunmuş müvafiq sanitar qaydalara uyğun olaraq saxlanılmalıdır. Ticarət şəbəkəsində, o cümlədən evdə qarpızı qapalı, arakəsməli yerlərdə bir sırada saplağı yuxarı olmaq şərti ilə saxlamaq lazımdır. Qarpızın yaxşı və keyfiyyətli qalması üçün onu 3-4ºC temperaturda və 70-75% nisbi rütubətdə saxlamaq məqsədəuyğundur. Qarpızı bir neçə qat kağıza büküb çanta və ya torbada sərin yerdə 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq mənfi 18ºC temperaturda saxlamaq mümkündür.

Yetişmiş qarpızı tanıyaq

Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil. Qarpızın yetişməsini və keyfiyyətini müəyyən etməyin bir sıra üsulları var. Belə ki, yetişmiş qarpızın saplağı yanındakı bığcığı quruyur, meyvənin növə məxsus naxışı tam aydınlaşır, barmaqla vurarkən küp səsi verir, meyvənin səthində parlaqlıq əmələ gəlir. Satışa çıxarılan qarpızlar əzik, çatlamış və xəstəliklə zədələnmiş olmamalıdır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Üzərindəki sarı ləkənin imkan daxilində az olması daha məqsədəuyğundur.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Publika.az-a verilən məlumata görə, hər bir istehlakçı birinci növbədə bu məhsulların istehlakı müddətinə, onların hansı şəraitdə saxlanmasına və satış şəraitinə fikir verməlidir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ramazanın 26-cı günü: dua, imsak və iftar vaxtı

Loading...
%d bloqqer bunu bəyənir: