Bu avtomobilləri cərimə meydançalarında kim cürüdür? – VİDEO

Avtomobillərin bəziləri çürüyür, bəziləri isə artıq istifayə yararsız haldadır. Bunların hamısı kreditdə olub, problem çıxdıqdan sonra müsadirə olunan maşınlardır.

Bel vəziyyət Bərdədə yaşanır. Dövlət yol polisinə məxsus cərimə meydançasında xeyli sayda istifadəyə yararıs bankların mülkiyyətində olan maşınlar var. Buradakı avtobillərin bir qismi illərdir ki, burada atılmış vəziyyətdədir.

Bərdə sakini Şamo Adıgözəlov da avtomobili bank tərəfindən alınan şəxslərdən biridir. O deyir ki, avtomobili alınanadan sonra miəyyən miqdar düzəldib öz avtomobilini geri almaq istəyib, lakin bank buna icazə verməyib.

Mütəxəsislər bildirir ki, əgər avtomobil müsadirə olunubsa, artıq bankın əmlakı sayılır. Yəni avtomobilin sahibi onun üzərinədki bütün hüquqlarını itirir. Bundan əlavə avtomobilin dəyəri borcu ödəyirsə həmin şəxsin borcu qapanmış hesab olunur. Yox əksinə, avtomobilin dəyəri borcdan azdırsa həmin şəxsin digər əmlaklarına da sanksiya gələ bilər. Əgər hansısa şəxs öz avtomobilini geri almaq istəyirsə tender də iştirak edib yenidən avtomobilini ala bilər.

O ki qalda avtomobillərin burada çürüyüb yayarsız hala düşməsinə, artıq bu birbaşa bankı maraqlandıran məsələdir. Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi bölməsindən isə bildirildi ki, bankların uzun illərdi ki, cərimə meydançalarında qalan avtomobillərin götürülməsi ücün aidyyəti üzrə həmin banklara rəsmi məktub göndəriləcək. Cünkü həmin avtomobillər müvvəqəti saxlama dayanacaqlarında yer sıxlığı yaradırlar. (Xəzər Xəbər)

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Cahangir Hacıyevin evi polis mühasirəsinə necə alındı? – Video

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: