Bu 3 TƏRƏVƏZ mədəni xərçəngdən qoruyur


Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu mədə xərçənginin riskini xeyli azaldır.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, alimlər 6 milyondan artıq insan iştirak edən 76 araşdırmanın nəticələrini təhlil edib bu qərara gəldilər. Araşdırmalarda qidalanma ilə xərçəngin riski arasında olan əlaqə müəyyənləşdirilirdi.

Araşdırmalar göstərib ki, kələm, kartof və soğan kimi tərəvəzləri qidalanmasına tez-tez daxil edən insanlarda mədə xərçəngi 30% daha az hallarda inkişaf edirdi.
Alimlər bu tərəvələri gündəlik qidalanmaya daxil etməyi tövsiyə edirlər. Təbii ki, tərəvələri qızardılmış şəkildə deyil, çiy və ya bu mümkün olmadıqda az suda və ya buğda bişirilmiş halda yeməyi tövsiyə edirlər.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan – VİDEO

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: