Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu ərazidə su, kanalizasiya, yol yoxdur… – FOTOLAR

Binəqədi qəsəbəsi, birinci mədən 14-cu korpusun sakinlərini eşidən yoxdur

Binəqədi rayonu Binəqədi qəsəbəsi, birinci mədən, 14-cu korpusun sakinləri yolsuzluqdan, su təchizatı və kanalizasiya şəbəkəsinin olmamasından əziyyət çəkirlər. Bu barədə “Bizim Yol”-a həmin  ərazidə yaşayan Elvin Əjdərli bildirib. “Şəkildə görülən yol 2003-cü ildə və 2006-ci ildə ailəmizin maliyyə vəsaiti hesabına çəkilibdir. İllər keçib, yol yararsız vəziyyətə düşüb. Yağış, qar yağanda yol keçilməz vəziyyətdə olur. Ərazidə su və kanalizasiya sisteminin olmaması səbəbindən problem kiritik həddə çatıb. 2000-ci ildə babamın təşəbbəsü və qonşuların maliyyə dəstəyi ilə bu əraziyə su xətti çəkilib. Su hazırda gah gəlir, gah da gəlmir. Kanalizasiya sistemi isə hələ də yoxdur. Şagirdlər məktəbə dizə qədər palçıqla gedirlər”,-deyə E.Əjdərli bildirib.
Onun sözlərinə görə, sakinlərin müvafiq dövlət qurumlarından tələbi odur ki, yola asfalt örtüyü çəkilsin, su təchizatı və kanalizasiya şəbəkəsi qurulsun.
Binəqədi qəsəbəsi, birinci mədən 43-cü korpusun sakinləri isə su problemindən əziyyət çəkirlər. İllərlə edilən davamlı şikayətlərdən sonra sakinlərin yol və kanalizasiya problem həll olunsa da, su problem hələ də qalmaqdadır. Belə ki, əraziyə su xətti çəkilsə də, sayğaclar quraşdırılmadığı üçün əhalinin içməli su ilə təminatında problem var.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yasamalda seçicinin atasının yerinə səs verildi [REFERENDUM]

%d bloqqer bunu bəyənir: