Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

BŞİH hələ də Milli Şuraya cavab vermir

Vahid Məhərrəmli: “Bugünə qədər bizə nə şifahi, nə də yazılı formada cavab verilməyib”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab vermir. Mitinqlə bağlı müraciət avqustun 31-i göndərilib və qanuna görə 3 iş günü müddətində müraciətə rəsmi cavab verilməliydi.
Ötən gün BŞİH ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da telefonlara cavab verilmədi. Bu gün də aramsız zəngələrimizə cavab verən tapılmadı. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli “Azadlıq” a açıqlamasında bildirdi ki, təşkilatçılara da heç bir xəbər verilməyib. “Biz ayın 31-də BŞİH-ə müraciət etmişik. Qanunla 1-ci gün bizə cavab verilməliydi. Amma bugünə qədər müraciətdə imzası olan 3 nəfərdən heç birinə cavab təqdim edilməyib”-deyə Vahid Məhərrəmli bildirdi.
Gün ərzində BHİŞ-lə əlaqə saxlamağa çalışacağıq.

azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda qurbanlıq heyvanlar üçün 10 satış məntəqəsi ayrılıb – SİYAHI

%d bloqqer bunu bəyənir: