24 saat

Britaniyanın Türkiyədəki səfirliyi bağlanır


Böyük Britaniyanın Ankaradakı səfirliyi təhlükəsizlik səbəbindən sabah bağlı olacaq.

Trend-in məlumatına görə, bu barədə bəyanat səfirliyin Tvitter səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Türkiyədəki bir çox diplomatik nümayəndəliklər kimi Böyük Britaniya səfirliyi də sentyabrın 12-dən 15-ə qədər Qurban bayramı ilə əlaqədar fəaliyyətini dayandırmışdı. Bu gündən isə diplomatik nümayəndəlik işini bərpa etməli idi.

Bu arada alman mətbuatı məlumat yayıb ki, Almaniya XİN yeni terror aktı ilə bağlı siqnal alıb, bu səbəbdən Almaniyanın Türkiyədəki səfirliyi də bu həftənin sonuna qədər bağlı olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: