Now Reading:
Britaniyalılar referendumun təkrarlanmasını tələb edirlər
Full Article 40 second read

Britaniyalılar referendumun təkrarlanmasını tələb edirlər



Britaniyada avrointeqrasiya tərəfdarları yeni referendumun keçirilməsini tələb edən onlayn-petisiya üçün 600 mindən çox imza toplayıblar. Bu barədə TASS xəbər verir.

Petisiya ölkə parlamentinə müraciət kimi tərtib olunub. Sənəddə Böyük Britaniyanın Avropa İttifaqında (Aİ) üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün yeni referendumun keçirilməsinə dair imkanları araşdırmaq xahişi öz əksini tapib.

Birləşmiş Krallığın qanunlarına əsasən, belə bir petisiyanın parlamentdə baxılması üçün 100 min səs kifayətdir. İyunun 23-də keçirilmiş referendum isə tövsiyə xarakterli bir səsvermədir. Referendumun nəticələri parlamentin müzakirəsinə çıxarılmalıdır və deputatlar xalqın fikri ilə razılaşmaya bilərlər. Həmçinin parlamentarilər təkrar referendum təyin etmə hüququna malikdir.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: