Loading...
Loading...

Britaniyada şok saxtakarlıq: Bir nəfər 33 min səs verib

Böyük Britaniyada keçirilən referendumun nəticələrinin ləğvi prosesi ilə bağlı bəzi şübhəli məqamlar üzə çıxıb.

Axar.az xəbər verir ki, ikinci AB referendumunun keçirilməsi təşəbbüsü ilə internet saytında nəzərdə tutulan imza kampaniyası xüsusi proqram vasitəsilə saxtalaşdırılıb.

İnternet forum saytı “4chan” bəzi istifadəçilərin avtomatik səs vermələri üçün proqram yazdıqlarını bildirib. Minlərlə imzanın Vatikan və Arktikadan gəldiyi məlum olub.

Böyük Britaniyanın İcmalar Palatasının ərizə komissiyası 77 min imzanın aradan qaldırıldığını və vəziyyəti araşdırdıqlarını qeyd edib.

İnternet üzərindən indiyə qədər 3,6 milyon insanın təkrar referendum keçirilməsinə səs verdiyi, dəqiqədə min imzanın verildiyi bəyan edilib.

Hətta Şimali Koreya kimi ölkələrdən gələn imzalar ləğv edilib və hazırda imzaların çoxunun Birləşmiş Krallıqdan gəldiyi vurğulanıb.

“4chan” istifadəçilərindən bəziləri etiraf ediblər: “Mən 33 min səs verdim. Duş alarkən bir proqramı açıq qoydum”.

Qeyd edək ki, Baş nazir Devid Kemeron ikinci səsvermənin olmayacağını bildirib.

İcmalar Palatasının Ərizə Komitəsi imzalarda ortaya çıxa biləcək şübhəli fəaliyyətləri araşdırmağa davam edəcəklərini qeyd ediblər.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türkiyə və Rusiya davası bitdi – Ərdoğan və Putin bu həftə telefonla danışacaq

%d bloqqer bunu bəyənir: