Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Britaniyada deputat güllələndi

Böyük Britaniyada Leyborist Partiyasından olan parlament üzvü güllələnib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda “The Yorkshire Post” nəşri yazıb.

Hadisə Qərbi Yorkşir qraflığının Birstoll şəhərində baş verib. Naməlum şəxslər kitabxananın pillələrində İcmalar Palatasının deputatı olan Co Koksa hücum ediblər. Ona minimum üç dəfə atəş açılıb. Cinayətkarlar ərazidən sakitcə uzaqlaşıblar.
Koksun vəziyyətinin kritik olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, hücum edənlərdə əldəqayırma tapança var idi. Polislər şübhəliləri saxlamağı bacarıb. Onların şəxsiyyəti və cinayətin motivləri haqqında hələ məlumat verilməyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Putin Sərkisyanı hədələdi, dedi ki… – ERMƏNİ DİPLOMAT AÇIQLADI

%d bloqqer bunu bəyənir: