Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
4d503d95-328c-4bf1-88d3-bda33ba9775c_cx0_cy18_cw0_w987_r1_s_r1

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır – Nazir açıqladı

Rusiyanın Avropa sərhədlərindəki əsgərlərinin sayını artırmasına cavab olaraq NATO Baltikyanı ölkələrə əlavə qüvvə göndərir. Rusiya isə təkcə hərbçilərini deyil, Avropadakı hərbi təchizatını da gücləndirir.

Rusiyanın yeganə təyyarədaşıyan gəmisinin Pa-de-Kale boğazından keçməsindən 10 gün sonra, Britaniyada müharibə müzakirələri başlayıb.
Ölkənin Müdafiə naziri Maykl Fallon parlamentdə çıxışında Rusiyaya qarşı görülən cavab tədbirlərindən danışıb. O, Kremldən gələn təcavüz təhlükəsinin mahiyyətini anladığını və Rusiyaya cavab vermək iqtidarında olduqlarını deyib:
“2017-ci ildə Britaniyanın Rusiya ilə savaşa başlayacağı barədə deyilənlər həqiqətə uyğun deyil. Rusiyanın aqressiyası 2015-ci ildə artıb, amma bu, hələ müharibə ilə nəticələnəcək həddə deyil. Uzaq məsafəli aviasiya, sualtı qayıqların fəaliyyəti, sularımızdan keçən təyyarə gəmisi, Rusiyanın Suriyada və başqa yerlərdə rolu və s. Mən bunun açıq münaqişənin gələn il baş verəcəyinə işarə olduğunu düşünmürəm”.
Britaniya ordusunun 2018, yaxud 2019-cu ildə Rusiya ilə müharibəyə hazır olub-olmamasıyla bağlı sualları cavablandırarkən nazir ordunun tam hazır vəziyyətdə olduğunu bildirib:
“Rusiya ilə savaş baş verərsə, Britaniyanın təkbaşına deyil, NATO-nun fəal üzvü kimi davranacaq, alyansın ssenarisi üzrə hərəkət edəcək”.
Britaniyalı nazir ölkəsinin gələn il Estoniyaya 800 əsgər göndərəcəyini açıqlayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İŞİD lideri Bağdadi Türkiyə ilə bağlıfitva verdi: “Oranı işğal edin!”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: