Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Britaniya parlamenti: Rusiya təhlükəsinə görə hərbi “qüdrət artırılmaldır”

Britaniya parlamentinin Müdafiə Komitəsi yaydığı məruzədə qeyd edir ki, Birləşmiş Krallıq və NATO, lazım gələrsə, Rusiya tərəfindən təcavüzün qabağını almaq üçün kifayət qədər hərbi potensiala malik olmalıdırlar.

58 səhifəlik sənəddə qeyd olunur ki, Krımın ilhaqı və Rusiyanın şərqi Ukrayna ərazisinə müdaxiləsi Avropanın sabitliyi üçün ən ciddi təhlükəyə çevrilib.

Ekspertlər son zamanlar Moskvanın dəfələrlə Britaniya və NATO-nun ünvanına təhdidedici hərəkətlər nümayiş etdiyi, Rusiya hərbi təyyarələrinin vaxtaşırı alyans ölkələrinin hava məkanına təhlükəli dərəcədə yaxınlaşdığını xatırladırlar.

Britaniya hərbi ekspertlərin məlumatına görə, Rusiya 48 saat ərzində 13 min, iki gün ərzində isə daha 30 min hərbçi səfərbər etməyə qadirdir.

Ekspertlər həmçinin Rusiyanın Suriya münaqişəsinə hərbi və siyasi müdaxiləsinin davam etdiyi və Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstəyinə son qoymaq niyyətində olmadığını vurğulayırlar.

“Bu gün Rusiya ilə Britaniya arasında dialoq çox çətinləşib. Ölkələr arasında əlaqələr ən aşağı nöqtəyə çatıb”, – sənəddə deyilir.

Məruzə müəlliflərinin fikrincə, Britaniya Rusiyada yaxın gələcəkdə vəziyyətin daha mükəmməl araşdırılması üçün Rusiya üzrə öz mütəxəssislərinin hazırlıq səviyyəsini qaldırmalıdır.

Britaniyanın müdafiə naziri Michael Fallon may ayında parlamentdə dinləmələr zamanı bəyan etmişdi ki, Rusiyanın təhdidlərinə cavab olaraq Britaniya bu il, necə deyərlər, “Ən yüksək hazırlıqlı birləşmiş qüvvələr” (Very High Readiness Joint Task Force) formalaşdırmağa başlayacaq.

Bundan başqa, iyulda NATO-nun Varşava sammitində Baltik ölkələri və Polşada daimi bazalarda alyansın digər ölkələrinin vaxtaşırı bir-birini əvəz edən batalyonlarının yerləşdirilməsi qərarının qəbul olunması nəzərdə tutulur.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Tarixdə insanlar üzərində aparılan ən dəhşətli təcrübələr

%d bloqqer bunu bəyənir: