Loading...
Loading...
yyyy

Britaniya mətbuatı: Hicablı çempion Türkiyə dindarlarını niyə ikiyə böldü?

“Başını örtürsənsə, daha ayaqlarını niyə açırsan?”

“The İndependent” yazır ki, Türkiyənin taekvondo çempionu ölkədə qadın və hicablı idman barədə stereotiplərə meydan oxuyan müzakirələrin alovlanmasına səbəb olub.
20 yaşlı İstanbul sakini Kübra Dağlı bu yaxınlarda Peru paytaxtı Limada keçirilmiş dünya çempionatlarının qalibi olsa da, onun geyim seçimi idmançı uğuruna kölgə salıb.
Məqalədə deyilir ki, xanım Dağlı idman nümunəsi kimi cəmiyyətin həm dünyəvi, həm də dindar kəsiminin kəskin rəylərinə səbəb olub.
“The İndependent” al-Monitor saytına istinadən yazır ki, hicaba Türkiyədə müasir dünyəvi dövlət qurulandan bəri kəc baxılıb və o bir çoxları tərəfindən “geriqalmışlığın” simvolu hesab olunur.
Məqalədə deyilir ki, ölkədə siyasiləşmiş İslamın təkrar zühuru qadınların davranış və rəftarlarından “narahatlıq” meyllələrinə təkan verib. İş o yerə çatıb ki, 2014-cü ildə o vaxtkı baş nazirin müavini Bülent Arınc qadınların Ramazan bayramlarında gülməkdən çəkinmələrinin və özlərini “ağır aparmalarının” vacib olduğunu bəyan edib.
“The İndependent” yazır ki, bir tərəfdən xanım Dağlının idman uğuru mühafizəkarların dilini uzun edib. Onlar deyirlər ki, bu idman qələbəsi “baş örtüyünün qadın üçün əngəl” olmadığını göstərib. Amma ultramühafizəkarlar idmançı qızı sosial mediada “asıb-kəsirlər”.
“Daha başını niyə örtürsən, ayaqlarını ki, açırsan, hər cür bədən vəziyyətinə düşürsən. Heç başını da örtməyə bilərdin. Başını örtməklə daha böyük problem yaradırsan. Allah özü sənə ağıl versin” – deyilirdi bir postda.
Başqa bir postda isə ona evdə oturub “Quran oxumaq çempionu” olmağı məsləhət görürlər.
Xanım Dağlı verdiyi müsahibələrdə tənqidlərdən narahat olduğunu bildirib. O deyib ki, hər cür diskriminasiyanın əleyhinədir və onun üçün peşəkar idman daha böyük önəm daşıyır.
“Onlar mənim uğurumdan yox, baş örtüyümdən danışırlar. Mən istəmirəm ki, belə olsun. Bizim idman uğurumuz müzakirə olunmalıdır. Biz bu qədər səy göstərmişik. Biz komandamızı və ölkəmizi çempion etmişik. Bu bizim birgə qürurumuz olmalıdır” – yazır Kübra Dağlı özünün sosial media hesablarından.
Çempion deyir ki, baş örtüklərinə beynəlxalq idman təşkilatları icazə veriblər, hərçənd o, bir dəfə 2013-cü ildə o başına bandana bağlamalı olub.
Kübra Dağlı bildirir ki, Ramazan ayında məşqlərdə əlavə çətinliklər yaranır. Çünki bu ayda istədiyin vaxt yeyə bilmirsən.
“The İndependent” yazır ki, Milliyet qəzetindən Asu Maro adlı sütunyazarı Dağlıya dəstək verib.
“Bir ideologiya qadınlara “başını bağla”, o birisi “bağlama” deyir. Kisinin də tələbi birdir: “Qaxıl evdə otur” – yazıb jurnalist.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İŞİD Kərkükə hücum edir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: