Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Britaniya Azərbaycandakı şirkətlə bağlı təhqiqata başladı

Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti –Seriuos Fraud Office (SFO) F.H. Brtling Ltd. beynəlxalq nəqliyyat və logistika şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı təhqiqat aparır.

Bu haqda “The Wall Street Journal” qəzeti SFO-ya istinadən yazıb.

Bu, şirkətin korrupsiya təhqiqatı ilə üzləşdiyinə dair son bir ayda ortaya çıxan ikinci haldır. Xəbər verilir ki, ötən ay SFO şirkətin Anqolada yerli məmurlara rüşvət verdiyinə dair məlumatlar əsasında təhqiqata başlamışdı.

Məlumata görə şirkətin Azərbaycandakı fəaliyyətinə dair təhqiqat hələ 2014-cü ilin sentyabrında başlayıb. SFO təhqiqatla bağlı əlavə şərh verməyib.

Bununla belə qəzet məlumat əldə edib ki, F.H. Bertling Ltd. 2015-ci ilin sentyabrında Azərbaycandakı ticarət praktikasına dair sənədləri SFO-ya təqdim edib. Hazırda şirkətin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətində yol verilmiş maliyyə maxinasyaları və gəlirlərin vergidən gizlədilməsi, habelə rüşvət şübhələri üzrə araşdırma aparılır. F.H. Bertling Ltd. şirkətinin nümayəndələri məsələni şərh etməyib.

F.H. Bertling Ltd. Almaniyanın F.H. Bertling Holdings GmbH şirkətinin törəmə şirkətidir. F.H. Bertling Holdings GmbH şirkətinin dünyanın 35 ölkəsində 65 törəmə şirkəti var və 150 ildir ki, fəaliyyət göstərir. Şirkətin Azərbaycandakı nümayəndəliyi olan “Bertling Caspian Ltd” də Böyük Britaniyada qeydiyyatdan keçib, Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərir. Şirkət Gürcüstan, Türkmənistan, Qazaxıstan və Türkiyədəki ofisləri ilə birlikdə Xəzər regionunda əməliyyat xidmətləri göstərir.

“Bertling” şirkəti Bakıda avtomobil, hava, dəniz və dəmir yolları vasitəsilə beynəlxalq yükdaşımaları həyata keçirir, bu zaman yüklərin gömrük rəsmiləşdirilməsinə, tranzitinə və Azərbaycan daxilində yüklərə xidmətə görə sifarişləri də yerinə yetirir. (virtualaz.org)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycana pul köçürmələri azalır

%d bloqqer bunu bəyənir: