Now Reading:
Brent markalı neftin qiyməti 42 dollara düşdü
Full Article 40 second read

Brent markalı neftin qiyməti 42 dollara düşdü



Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Virtualaz.org-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,51 dollar azalaraq bir barelə görə 42,96 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti son üç ayda ilk dəfə 43 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar ucuzlaşaraq 41,73 dollar təşkil edib.

Ekspertlər deyirlər ki, “qara qızıl”ın qiyməti ABŞ-da neft ehtiyatları barədə rəsmi məlumatlar dərc edildikdən sonra düşməyə başlayıb.

Qeyd edək ki, 15-22 iyul arasında (bir həftə ərzində) o 1,6 milyon barel artaraq 521,1 milyon barel təşkil edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: