Bred Pitt balaca qızı xilas etdi


Məşhur hollivud ulduzu Bred Pit filminin çəkilişi zamanı çıxılmaz vəziyyətə düşüb. ANS PRESS-in məlumatına görə, aktyor onu görmək üçün toplaşmış pərəstişkarların arasında əzilən balaca qızı öz mühafizəçilərinin köməyi ilə xilas edib.

Hadisə İspaniyanın Qran Kanariya küçəsində “Beş saniyəlik sükut” filminin küçə səhnəsinin çəkilişləri zamanı qeydə alınıb. Dünya şöhrətli aktyor onu görmək üçün toplaşmış insanları salamlamağa yaxınlaşanda, kütlə arasında çəpərə sıxılmış bir qız görür. Balaca qızın halının kütlə arasında qalaraq, pisləşdiyini görən Pit onu dərhal mühafizəçilərinin köməyi ilə çəpərin digər tərəfinə keçirir.

Bred Pit qızın halının yaxşı olduğunu və anasının yanına qayıtdığını gördükdən sonra öz işinə qayıdır.

Bred Pit məşhur Amerika kinoaktyoru və prodüserdir.  O, bir çox filmlərdə rol alıb. Pit məşhur Hollivud ulduzu Ancelina Coli ilə evlidir. Bu cütlüyün 6 övladı var, onlardan yalnız 3-ü doğmadır, 3-ü isə övladlıqdır.

Bu ilin yanvarında isə cütlük daha bir uşağı övladlığa götürmək istəyirdi. Xarici KİV-lərin məlumatına görə, cütlük Kambocadan olan Alloui Şauna adlı dördüncü oğlan uşağını övladlığa götürmək üçün sənədlərin hazırlanması ilə məşğul idi.

Cütlük Allouinin ailəsi ilə Kambocaya “Əvvəlcə onlar mənim atamı öldürüblər: Kambocalı qızın xatirələri” adlı dramı çəkməyə gedərkən tanış olub. Əvvəlcə ailə başçısı Mansareta ilə tanış olan Coli öyrənib ki, ailənin 13 uşağı var və çox kasıbdırlar.

Belə ki, nə Mansareta, nə də onun həyat yoldaşı işləyə bilmir. Onların xəstə olması və balaca vaqonda yaşaması aktrisanı çox kövrəldib. Ailəyə yalnız Allouinin böyük bacısı, 16 yaşlı Leyda çörək pulu gətirir. Qız məcburən təhsili saxlayaraq ailəsinə baxmalı olub.

Ailənin vəziyyətini görən Ancelina Coli və Bred Pitt bundan sonra onlara kömək etmək qərarına gəliblər və uşaqlardan birini oğulluğa götürməyi planlaşdırıblar.

Paylaş:

Holland nazirin Kəmaləddin Heydərovu avtomobilindən qovduğu məlum oldu (TƏFSİLAT)

Sonrakı Yazı »

Dumada deputatlar kef edir – Fotolar

%d bloqqer bunu bəyənir: