Now Reading:
Braziliyalı futbolçu hakimi belə vurdu – VİDEO
Full Article 30 second read

Braziliyalı futbolçu hakimi belə vurdu – VİDEO



Braziliya çempionatının üçüncü divizionunda keçirilən “Quarani” – “Boa” komandalarının görüşündə gərgin anlar yaşanıb.

“Report”un məlumatına görə, bu barədə Braziliyanın “Globo Esporte” portalı xəbər verib.

Məlumata görə, insident oyunun ikinci hissəsində baş verib. Belə ki, oyun zamanı rəqibinə qarşı kobudluq nümayiş etdirən “Quarani” komandasının müdafiəçisi Ferreyra ona qırmızı vərəqə göstərən hakimin qərarının ədalətsiz hesab edərək, onun sinəsinə vurub.

Üstəlik, futbolçu bundan sonra da sakitləşməyib. O, komanda yoldaşlarının və stadionun əməkdaşlarının müdaxiləsindən sonra meydançanı tərk edib.

Qeyd edək ki, oyun “Boa” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: