Loading...
Loading...

Braziliyada Olimpiya Oyunları ərəfəsi 10 nəfər tutuldu – İŞİD-DƏN TERROR PLANI

Braziliyada Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlanılıb.

“Reuters”in verdiyi xəbərə görə, saxlanılan şəxslər İŞİD-i dəstəkləyən qruplaşmanın üzvləri olub. Bu barədə Braziliyanın ədliyyə naziri Aleksandre Moraiş bildirib.

Məlumata görə, qruplaşma üzvlərinin saxlanılması üzrə əməliyyat ölkənin 10 bölgəsində keçirilib. Hadisə ilə əlaqədar prezident səlahiyyətlərini icra edən Mişel Temer təcili iclas çağırıb.

Saxlanılan şəxslər partizan taktikası ilə silah-sursatdan istifadə etməyi planlaşdırıblar.

Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Türkiyədə Silahlı Qüvvələr Müdafiə Nazirliyinin tabeliyinə verilə bilər

%d bloqqer bunu bəyənir: