Now Reading:
Braziliya polisini aldadan üzgüçülər sərbəst buraxıldı – VİDEO
Full Article 40 second read

Braziliya polisini aldadan üzgüçülər sərbəst buraxıldı – VİDEO

Amerikalı üzgüçülər avqustun 18-də “Rİo de Janeyro” nu tərk ediblər. Polis bir gün əvvəl onları ifadə vermək üçün təyyarədən düşürüb. Onlar istirahət günləri qızıl medal almış digər 2 idmançı ilə birlikdə polis formasında olan adamlar tərəfindən qarət edildiklərini iddia ediblər.


Musavat.com xəbər verir ki,  Hadisə yanacaqdoldurma məntəqəsində baş verib.
Müstəntiqlər idmançıların verdikləri ifadələri ilə baş verənlər arasında uyğunsuzluq olduğunu müşahidə edib.
Onların söylədiklərinə görə üzgüçülər yanacaqdoldurma məntəqəsində tualetin qapsını sındıraraq işçilərlə dava salıblar. Yanacaqdoldurma məntəqəsinin mühafizəçiləri isə onlara dəymiş ziyanı ödəməyə məcbur edib.
Hadisə müşahidə kameralarına əks olunub.
Açıqlama verən Braziliya polisi idmançıların qarət edilmədiklərini açıqlayıb. Abş-ın olimpiya komitəsi də idmançıların yalan danışmağına görə Braziliya xalqından üzr istəyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: