Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Braziliya millisində 37 yaşlı futbolçu

Avqust ayında keçiriləcək Rio Yay Olimpiya Oyunları üçün Braziliya millisinin heyəti açqlanıb. ANS PRESS-in məlumatına görə, yığmanın baş məşqçisi Rojerio Mikale 18 futbolçuya dəvət göndərib.

Bununla “sambaçılar”ın heyətinə çağrılan 3 təcrübəli futbolçunun da adına aydınlıq gəlib. Bunlar “Barselona”dan Neymar, “Bavariya”dan Duqlas Kosta və “Palmeyras”ın 37 yaşlı qapıçısı Fernando Prassdı. Braziliya millisi sözügedən yarışın A qrupunda Cənubi Afrika, İrak və Danimarka yığmaları ilə mübarizə aparacaq.

Daha əvvəl Neymar Braziliya millisinin heyətində Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini bildirsə də, daha sonra fikrini dəyişib. Neymar olimpiadada millilərinə kömək edəcək.

Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb. “Barselona”rəhbərliyi bu turnirdə iştirak etmək üçün ona rəsmən icazə verib. Aprelin 8-də Kataloniya klubunun və Braziliya Futbol Konfederasiyasının rəhbərləri arasında görüş olub və Neymarın olimpiadada iştirakı razılaşdırılıb.

Qapıçılar: Fernando Prass (Palmeyras), Uilson (Atletiko Mineiro)
Müdafiəçilər: Marquinyos (PSJ), Luan (Vasko da Qama), Rodriqo Kaio (San Paulo), Zeka (Santos), Villiam (İnternasional), Duqlas Santos (Atletiko Mineiro)
Yarımmüdafiəçilər: Tiaqo Maia (Santos), Rodriqo Dourado (İnternasional), Fred (Şaxtyor, Donetsk), Rafinya (Barselona), Felipe Anderson (Latsio)
Hücumçular: Neymar (Barselona), Duqlas Kosta (Bavariya), Qabriel Xesus (Palmeyras), Qabriel Barbosa (Santos), Luan (Qremio)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Neymarla 5 illik müqavilə imzalayacağıq”

%d bloqqer bunu bəyənir: