Now Reading:
“Böyük müharibə olmayacaq, amma…”
Full Article 40 second read

“Böyük müharibə olmayacaq, amma…”



Arzu Nağıyev: “Kiçikmiqyaslı hərbi qarşıdurmalara şahid olacağıq”

Son vaxtlar Rusiya və Ukrayna arasında münasibətlərin gərginləşməsi regionda yeni bir müharibənin baş verməsinin mümkünlüyü ilə bağlı iddiaları aktuallaşdırıb.

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Moderator.az-a açıqlamasında indiki halda tərəflər arasında irimiqyaslı müharibənin baş verəcəyinə inanmadığını vurğulayıb:

“Rusiya və Ukrayna arasında indiki halda böyük müharibənin olacağını güman etmirəm, lakin bununla yanaşı hesab etmirəm ki, Ukrayna konfilikti donmuş münaqişə kimi qalacaq. Zənn edirəm ki, yaxın gələcəkdə biz iki dövlət arasında böyük olmasa da, müəyyən hərbi toqquşmaların, qarşıdurmaların şahidi olacağıq.

Bildiyiniz kimi, Rusiyanın Ukraynaya müdaxiləsi beynəlxalq aləmdə ciddi rezonansa səbəb oldu. Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edildi. Odur ki, Rusiyanın bu şərtlər altında Ukrayna təcavüzünü davam etdirəcəyi inandırıcı görünmür”.

 

Seymur Əliyev

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: