Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Böyrək daşlarını bu təbii vasitəsinin köməyi ilə çıxarın

Böyrək bədənin mühüm orqanlarından biridir, çünki onların funksiyası zəhərləri və çoxlu duzların orqanizmdən çıxarmaqdan ibarətdir.

Böyrəklər öz funksiyalarını yerinə yetirilməsi prosesində bəzən çirklənir. Çirklər selik, qum və daşlar şəklində ola bilər. Bu orqanın öz işini normal yerinə yetirə bilməsi üçün onu vaxtaşırı təmizləmək lazımdır.

24saat.org publika.az-a istinadən bildirir ki, böyrəkləri təmizləməyin təbii və sadə üsulunu yoxlamağı təklif edir.

İnqrediyentlər:
1 dəstə təzə cəfərini
1 dəstə təzə keşnişi
Su

Hazırlanması:
Keşniş və cəfərini xırda-xırda doğrayıb qaba tökün. Üzərinə qaynanmış su əlavə edib dəmlənməsi üçün 10 dəqiqə gözləyin. Sonda cəfərini və keşnişi süzün. Onu acqarına gündə 1 dəfə 100 ml için. Qalan məhlulu soyuducuda saxlayın.

Artıq 2 gündən sonra siz sidiyin rənginin dəyişdiyini görəcəksiniz. Bu da böyrəklərdə təmizlənməsi prosesinə start verildiyinin əlamətidir. Bu müalicədə mütləq şərt cəfəri və keşniş suyunu mütəmadi olaraq içməkdir.

Nəzərə almaq lazımdır ki, təmizlik işini yalnız profilaktika məqsədilə müstəqil şəkildə aparmaq olar. Əgər daş və qum diaqnozu artıq təyin edilibsə, müalicə həkim nəzarəti altında aparılmalıdır. Hamilələrin isə belə prosedurları tətbiq etməsi ümumiyyətlə tövsiyə olunmur.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Gözü görməyən 5 yaşlı Hüseyn Quranı əzbərlədi- İnanılmaz (VİDEO)

%d bloqqer bunu bəyənir: