24 saat

Boşanmaq üçün gəlinlik paltarını satışa çıxardı

Böyük Britaniya sakini özünün gəlinlik paltarını “eBay”da satışa çıxarıb.

İKT.lent.az-ın WGN nəşrinə istinadən məlumatına görə, o, bu addımı boşanma xərclərini ödəmək çün atıb.
“Keçmiş ərimin mənə saxladığı boşanma hesabını ödəmək zərurəti yarandığı üçün öz gəlinlik donumu satıram”, deyə elana əlavə olunmuş şərhdə deyilir.
O qeyd edib ki, bu don olduqca yaxşı vəziyyətdədir. Ancaq bununla belə “xəyanət qoxusunu təmizləmək üçün” onun kimyəvi təmizləməyə ehtiyacı var.
“Əgər sizə pis xatirələrlə və sındırılmış ümidlərlə bağlı olan don lazımdırsa, onu əldə edin”, – o, əlavə edib.
Hazırda gəlinlik paltarının qiyməti 66 min funt-sterlinqə çatıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: