Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Boşanmaların qənimi – Sosial şəbəkələr…

Günümüzdə ən aktual problemlərdən biridə boşanmaların artmasıdır.

İldən-ilə artan bu problemin kökünün nədən ibarət olması məsələsi psixoloqları bu barədə araşdırma aparmağa məcbur edir. Belə ki, Azərbaycanda 2008-ci ildə 7 min boşanma hadisəsi qeydə alınmışdısa, bu rəqəm 2015-cü ildə 13 minə qədər yüksəlib. Boşanma əvvəllər mənfi bir tendensiya kimi qəbul edilirdisə, hal-hazırda getdikcə normal bir sosial hadisəyə çevrilir.
 Boşanmaya səbəb kimi, xasiyyətin uyğun gəlməməsi, sosial problemlər, xəyanət, uşağın olmaması və s . hallar göstərilir. Lakin məsələnin kökü daha dərindir. Psixoloqlar müəyyən edib ki, boşanmaların bir səbəbi, sosial şəbəkələrdir. Belə ki,  facebook, twitter, odnoklassniki kimi sosial şəbəkələrdə ümumilkdə milyonlarla insan vaxtların keçirir, özlərinə yeni dostlar tapıb ünsiyyət qururlar. Araşdırmalara görə, insan beyni toplam olaraq 150 insan tanıya bilər. Amma sosial şəbəkələrdə 700, 800, 1000 hətta 3 minə qədər dostu olan insanlar var. Bu zaman beyin bu qədər dostu həqiqi yaxın dost kimi qəbul edir və insanın alternativi, yəni seçim imkanları da çoxalır. Hər hansı bir insan ilə münasibət qurduğumuz zaman  beyin bizə bu “ bu insanı boş ver, minlərlə alternativin var“ deyə siqnallar ötürür. Nəticə olaraq insanın diqqətinin  bir kəsə cəmlənməsi pozulur, fikri digər alternativlərin yanında qalır, və yeni dostlar tapmaq həvəsində olan bir tipə çevrilir. Beləliklə boşanma üçün bir zəmin yaranır. Bu səbəbdən psixoloqlar ancaq tanıdığınız insanları dostlar siyahısına daxil etməyi tövsiyyə edirlər.
Ailə həyatı qurmamışdan əvvəl, sosial şəbəkələrdə aktiv olan gənclər, istər –istəməz evləndikdən sonra, az vaxt keçirmək, az şəkil paylaşmaq kimi problemlə üzləşirlər. Paylaşılan hər bir şəkilə və ya statusa “like“ gələrkən, insan beynində “dopomin” adlı maddə aktivləşir. Bu bizim əhvalımızı xeyli yaxşılaşdırır, özgüvən yaradır. Bu hal getdikcə artır və insan daha çox dopomin istehsal etməyə çalışır. Beləliklə sosial şəbəkələrdən asılılıq yaranır. Hətta status yazandan sonra, hər dəqiqə kim like etdi deyə saatlarla sosial şəbəkələrdən ayrılmayan insanlar var. Biz bunun fərqində olmasaqda evləndikdən sonra dopomin azlığı çox mənfi hallara gətirib çıxarır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Nobeli aşağılayan yazıçılar – MARAQLI

%d bloqqer bunu bəyənir: