Boşanma üstündə daha bir faciə: Arvadını, qayınanasını öldürdü

Fransada  türkiyəli vətəndaş cinayət törədib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən  məlumatına görə, Fransanın Evreux, Netreville qəsəbəsində dünən səhər saatlarında cinayət hadisəsi baş verib.

Belçikadan Fransaya gələn 46 yaşlı türk vətəndaşı boşanma ərəfəsində olduğu 40 yaşındakı xanımı, 66 yaşlı qayınanasını silahla vuraraq öldürüb. 70 yaşındakı qayınatasını isə ağır yaralayıb.

Bildirilir ki, cütlüyün 3 övladı var. Hadisə uşaqlardan ikisinin gözləri önündə olub.

Cinayəti törədən şəxs polisə təslim olub. İstintaq aparılır. Hadisənin tərəflər arasında anlaşılmazlıqdan dolayı yaşandığı deyilir.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Türkiyəyə qarşı ŞOK QƏRAR

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: