“Borussiya” Şürrleni də aldı


“Borussiya” klubu növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi “Volfsburq”dan Andre Şürrleni transfer edib.

25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Borussiya” bu transfer üçün “Volfsburq”a 28 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən mövsüm “Volfsburq”un heyətində 41 oyun keçirən Şürrle 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Xatırladaq ki, “Borussiya” son olaraq “Bavariya”dan sabiq futbolçusu Mario Qötzeni heyətinə qatıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Ermənilər Bakıda keçiriləcək beynəlxalq yarışa qatılmaycaq

%d bloqqer bunu bəyənir: