Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Borcu on min manatı keçən şəxslər ölkədən buraxılmır

Onların əmlakları hərraca çıxarılır.

Azərbaycanda vergi borcu olan 596 vətəndaşın çıxmasına məhdudiyyət qoyulub.

24saat.org Fins.az-a istinadən xəbər verir ki, onlardan 283-ü fiziki şəxs, 313 nəfəri isə hüquqi şəxsin icra orqanı rəhbərləridir.

Həm yerlilər, həm xaricilər var

Həm fiziki şəxslərin, həm də şirkət rəhbərlərinin arasında yerli vətəndaşlarla yanaşı, xarici ölkələrin təmsilçiləri də var. Vergilər Nazirliyindən verilən məlumata görə, ölkədən çıxışı qadağan olunan şəxslərin dövlət büdcəsinə ümumilikdə 45 milyon 460 min 755 manat vergi borcu var.

Qadağa necə qoyulur?

Nazirliyin baş idarə rəisinin müavini Rəsul Hüseynov qadağanın hansı formada qoyulduğunu açıqlayıb:

“Borcu barədə ona elektron bildiriş göndərilməklə yanaşı, SMS və səsli mesajlar da göndərilir. Bundan sonra vergi ödəyicisi vergi orqanına dəvət olunur. Ona vergi borcu, onun yaranma səbəbi barədə məlumat verilir, ödəmədiyi halda görüləcək tədbirlər barədə xəbərdarlıq edilir”.

Borcluların əmlakları hərraca çıxarılır

Xəbərdarlıqlara məqsədli şəkildə məhəl qoymayan vergi ödəyicilərinin bank hesablarına sərəncamlar qoyulur, əmlakları siyahıya alınıb hərraclarda satışı həyata keçirilir, avtomobillərinə həbs qoyulur və ya ölkədən getməsinə məhdudiyyət qoyulur.

Borcu 10 mini keçənlər ölkədən buraxılmır

R.Hüseynov bildirib ki, şəxsin ölkədən getməsinə məhdudiyyət qoyulması üçün vergi borcunun miqdarı ən azı 10 min manat olmalıdır.

“Vergi borcu 10 min manat və daha artıq olan vergi ödəyicilərinin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələrə müraciət olunur. Lakin bu qərar müstəsna hallarda vergi borcu 10 min manatdan aşağı olan şəxslərə də şamil olunur. Bu günədək vergi ödəyicilərinin 45 milyon 460 min 755 manat borcu var”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sabah hava yağmurlu olacaq

%d bloqqer bunu bəyənir: