Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Borçalı Cəmiyyəti təmsilçiləri Gürcüstan rəsmilərilə görüşüblər- FOTO

İyulun 15-də Borçalı İctimai Cəmiyyətinin təmsilçiləri Ramiz Həsənov, Osman Əhmədoğlu, Sabir Aşurov, Rüfət Muradlı və Elbəyi Cəlaloğlu Gürcüstanda Kvemo Kartli qubernatoru Pata Xizanişvili ilə görüşüblər.

Dmanisi rayonunun valisi Qoqita Barbakadzenin də iştirak etdiyi iyulun 26-da Dmaniisi rayonunun Armudlu yaylasında keçiriləcək 8-ci Elat Bayramı ilə bağlı ətraflı müzakirələr aparılmış və tədbirin keçirilməsi üzrə təşkilat komitəsi müəyyən olunmuşdur. TK-nə Gürcüstan Dövləti tərəfindən Q.Barbakadze, Borçalı Cəmiyyəti tərəfindən isə Osman Əhmədoğlunun rəhbərlik edəcəyi qərara alınmışdır. Olduqca səmimi keçən görüşün sonunda Kvemo Kartli qubernatoruna Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tərəfindən dostluq və qardaşlıq hədiyyəsi təqdim olunmuşdur.
 Cəmiyyət təmsilçiləri səhər saatlarında Borçalı Elinin unudulmaz oğulları İsaxan Aşurov və Arif Əliyevin doğulduqları Faxralıdakı məzarları ziyarət etdikdən sonra Tbilisidə ziyarətlərini davam etdirmişlər. Borçalı İctimai Cəmiyyətinin rəsmi nümayəndələri    Tbilisinin mərkəzində Azərbaycan Respublikasının eks prezidenti, mərhum Heydər Əliyevin xatirəsinə ucaldılan büstü ziyarət edərək oraya Borçalı İctimai Cəmiyyəti tərəfindən əklil qoyub, sayğı duruşu sərgiləmişlər.
Gün ərzində 8-ci Elat Bayramının keçiriləcəyi Dmanisi rayonunda olan heyət rayonun qanunverici orqanının sədri Leri Beruaşvili və valinin müavini Arif Süleymanovla da bayramın keçirilməsi üzrə hazırlıqlar xüsusunda səmərəli müzakirələr aparmışlar.
Qeyd edək ki, iyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə sayca 8-ci Elat Mədəniyyəti Günü keçiriləcək. Hər il bu tədbirə Türkiyə, Güney Azərbaycan, Gürcüstan, Azərbaycan Respublikası və dünyanın ayrı ayrı nöqtələrindən minlərlə insan qatılaraq dostluq və qardaşlıq mesajları sərgiləyirlər.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Sən məni heç vaxt görməmisən…” – Təxris olunan əsgərə məktub

%d bloqqer bunu bəyənir: