Loading...
Loading...

Bu ölkə borca görə “Eurovision-2016″dan kənarlaşdırıldı

Rumıniya İsveçin Stokholm şəhərində keçiriləcək “Eurovision-2016” mahnı müsabiqəsində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, Rumıniyanın Avropa Yayım Birliyinə borcu var. Bu səbəbdən Rumıniya təmsilçisi Ovidiu Anton da yarışmaya qatılmayacaq.

Məlumata görə, 8 il ərzində Rumıniyanın borcu 10 milyon avroya qədər yığılıb. Aprelin 21-ə qədər Rumıniya borcu ödəməli idi. İndi isə telekanal hətta müsabiqəni yayımlaya bilməyəcək. Müsabiqənin builki şüarı belədir: “Come Together”, yəni “Bir araya gəlin”. Bu il mahnı müsabiqəsində 42 ölkənin təmsilçiləri yarışacaq.

Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıb. Portuqaliya isə müsabiqədə iştirak eməkdən imtina edib. Ötən ilin debütant ölkəsi olan Avstraliya bu il də müsabiqədə qonaq qismində çıxış edəcək.

Bir müddət əvvl “Eurovision 2016” müsabiqəsində Azərbaycan təmsilçisi Səmra Rəhimlinin ilk yarımfınalda çıxış sırası məlum olub. Azərbaycan təmsilçisi Səmra Rəhimli birinci yarımfinal günü 14-cü sırada səhnəyə çıxacaq. Təmsilçimiz ““Miracle” mahnısını səsləndirəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr Fransa, İtaliya, Almaniya, İspaniya, İsveç və Böyük Britaniyadır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Artıq fantaziya deyil – Ölülər diriləcək

%d bloqqer bunu bəyənir: