Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Böhranda inkişafın “Azərbyacan modeli”

382034 mülki işə baxılıb ki, bunun da 267118-i kredit borcu ilə bağlıdır

Hakimiyyət komandası “uğur”, “inkişaf” sözlərini ölkənin, vətəndaşın vəziyyətini nəzərə alaraq işlətmir. Bunlar “uğur”dedikdə şəxsi büdcələrinin artmasını, holdinqlərinin, banklarının gəlirlə işləməsini nəzərdə tuturlar. Evsizlikdən əziyyət çəkmirlər, işsizlik problemləri yox, kredit ödəmirlər, pul dərdi çəkmirlər. Həqiqətən də hökumət komandası üçün vəziyyət əladır.

Bu mənada Ilham Əliyevin “böhran şəraitində də inkişaf etmiş” fikrinin xalqa qətiyyən aidiyyatı yoxdur.

Belə ki, 2014-cü ildə Azərbaycan Respublikasının Məhkəmələrində 153 606 mülki işə baxılmışdır, bu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilmişdir. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62%-ni təşkil edir.

2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılmışdır ki, 171 664-ü kredit münasibətlərindən irəli gələn işlər olmuşdur, bu isə ümumi işlərin həmin il üçün 75, 15 faizini təşkil edir.

Mərkəzi Bank problemli kreditlərin həcmini 6 faiz göstərsə də, real vəziyyət olduqca acınacaqlıdır. Son iki ildə 382034 mülki işə baxılıb ki, bunun da 267118-i kredit borcu ilə bağlıdır.

Xatırladaq ki, bu yalnız iki ilin göstəriciləridi. Ikinci devalvasiyadan sonra problemli kreditlərin həcmi, kreditlərlə bağlı məhkəmələrin sayı çoxalıb. Əgər ötən 6 ayın nəticələrini də əlavə etsək, vəziyyətin nə qədər fəlakətli olduğu daha qabarıq görünər.

Üstəlik, yuxarıdakı rəqəmlər qərar verilmiş işlərlə bağlıdır. Nəzərə alaq ki, icraatda olan işlər var, yaxud məhkəməyə verilməyən, kolektor şirkətlrə vasitəsilə problemin həllinə çalışan banklar var. Yəni, real rəqəmlər daha böyükdür və artım tempi davam edir.

Təkcə, iki ilin nəticələrinə nəzar salanda aydın görünür ki, 2015-ci ildə əhalinin sosial vəziyyəti kəskin pisləşib, ödəmə qabiliyyəti azalıb.

Rəsmi rəqəmlər faciənin miqyasını göstərsə də, Ilham Əliyev 2016-cı il “dərin islahat ili” adlandırır, böhran dövründə inkişaf etdiyimizi bildirir.

Yuxarıda qeyd etdiyimiz kimi Ilham Əliyev ölkə vətəndaşının “qara statistika”sına yox, hökumət komandasının “ağ statistika”sına istinad edir. Təkcə ötən iki ildə 267000 vətəndaş məhkəmə qarşısına çıxıb ki, bu da 267000 ailənin dözülməz həyat şəraitindən xəbər verir və növbəti mərhələdə adamların mülkünün əlindən alınmasını, azadlıqdan məhrum edilməsini zərurətə çevirir.

“Düşünülmüş” və “uzaqgörən” siyasət vətəndaşı ağ günə çıxartmasa da, məhkəmə qarşısına çıxarda bildi. Əliyevin nikbin proqnozları belə deməyə əsas verir ki, vətəndaşın müttəhimə çevrilməsi hökumət üçün uğur göstəricisidir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Dollar bahalaşır, manat ucuzlaşır – Bu günkü MƏZƏNNƏ

%d bloqqer bunu bəyənir: