Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Böhran məsələsi

Elnur As

elnurastanbeyli@gmail.com

9 may, 2016. Ilham Əliyev: “Bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır. Iqtisadi inkişaf davam edir” (Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində çıxışından).

***

Indi isə bu çıxışdan keçən qısa müddətdə informasiya portallarında yer alan xəbərlərdən bəzilərini (örnək üçün!) heç bir şərhsiz təqdim edirəm.

Oxuyun və özünüz qərar verin.

***

25.05.2016. “Azərbaycanda əsas sement istehsalçısı olan ”Holcim Azərbaycan” şirkəti özünün biznes tərəfdaşı olan “BMC Construction” şirkətinin müflis elan edilməsi üçün məhkəmə iddiası qaldırıb. Bu barədə iddiaçı şirkətdən yayılan məlumatda deyilir.

Bakı Inzibati-Iqtisad Məhkəməsində iyun ayının 7-də təyin olunan məhkəmədə bu iddianın müzakirəsi gözlənilir. “Holcim” şirkəti tərəfindən bununla əlaqədar tikinti şirkətinin bütün kreditorlarına öz iddialarını bildirmək təklif olunur. Lakin “BMC Construction” şirkətinin “Holcim”ə nə qədər borclu olduğu məlum deyil” (virtualaz.org).

26.05.2016. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aviasiya Təhlükəsizlik Baş Idarəsinin Aviasiya Təhlükəsizliyinə Baxışın Təşkili Idarəsində işçilərin əmək haqqı bir neçə aydır verilmir. Kollektivdən daxil olan məlumata görə, onlar axırıncı dəfə iki ay öncə məvacib alıblar: “Beş-altı aydır ki, vəziyyət belədir. Işçilərin yarısının maaşı verilir, yarısının maaşları saxlanılır. Bəzi aylarda, ümumiyyətlə, heç kim maaş ala bilmir. Konkret bir səbəb də göstərmirlər. Kim etiraz edirsə, maaşını istəyirsə, işdən çıxardırlar. Bilmirik dərdimizi kimə deyək. Axı nə vaxta qədər halal zəhmətimizin haqqını istəməyə çəkinməliyik? Əgər pul yoxdursa, desinlər ki, idarəni bağlayırıq, siz də gedin özünüzə iş axtarın” (ölkə.az).

08.06.2016. “Fevral ayında ikinci devalvasiyadan sonra bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb”. Bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, fevral ayında bununla bağlı 6 nəfər mərkəzə gətirilib: “Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında bununla əlaqədar 8, aprel-may ayları ərzində 4 müraciət daxil olub” (lent.az).

16.06.2016. “Yeni mövsüm üçün büdcəsi azaldılan ”Azərreyl” ciddi problemlərlə üz-üzə qalıb. Komandanın çempionluğunda pay sahibi olan aparıcı voleybolçular “dəmiryolçular”ın düşərgəsini tərk etməyə başlayıblar…” (apasport.az)

27.06.2016. “Ötən ilin sonlarına yaxın işçilərinin sayı 6 min 500 nəfəri keçən Avro-Asiya Inşaat Korporasiyası – ”EVRASCON” (keçmiş “Azərkörpü”) ASC dövlət sifarişləri azaldığından, 5 min əməkdaşını ixtisara salmağa məcbur qalıb.

Bu azmış kimi, şirkət 5 aya yaxındır ki, hesablanmış əmək haqlarını ödəyə bilmir.

Bu məlumatı korporasiya idarə heyətinin sədri Manaf Şirinov iyunun 27-də səhmdarların illik ümumi yığıncağında səsləndirib. Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşdirilən investisiya layihələrinə ödəmələrin ləngiməsi ucbatından maaşların verilməsi ciddi problem olaraq qalır…” (azadliq.org).

29.06.2016. “Belçikanın ”PPG Coatings SPRL/BVBA” şirkətinin Azərbaycandakı filialının ləğv edildiyi bildirilir. “Report” bu xəbəri Vergilər Nazirliyinə istinadən yayıb.

“PPG Coatings SPRL/BVBA” şirkəti örtüklər, optik və xüsusi materiallar, şüşə məhsulları istehsalı, yayımı sahəsində fəaliyyət göstərir. Şirkətin baş ofisi Brüsseldə (Belçika) yerləşir” (report.az).

29.06.2016. “”Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalatı müvəqqəti dayandıracaq. Şirkətdən verilən xəbərə görə, Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir.

Bildirilir ki, bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib…” (apa.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dollar bu gün neçəyədir?

%d bloqqer bunu bəyənir: