Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Böhran getdikcə dərinləşir

Dövlət büdcəsinin icrasında 10 faizlik azalma olub, SOCAR 1 milyard 785 milyon manat ziyanla işləyib

Azərbaycan hakimiyyəti böhranın ölkəyə heç bir təsiri olmadığını iddia etsələr də, rəsmi statistika deyilənləri təkzib edir. Məsələn, son beş ildə ilk dəfə olaraq hesabat ilində dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə az icra edilib. Bunu “Azərtac”a müsahibəsində Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədovun sözlərinə görə, ARDNF-dən daxil olmalar ötən illərə nisbətən 12,9 faiz azalıb: “Gəlirlərin nəzərdə tutulmuş məbləğlə müqayisədə 90,0 faiz səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4 faiz az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3 faizini təşkil edən Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) daxilolmaların 78,3 faiz səviyyəsində yerinə yetirilməsidir. Bu, əvvəlki illə müqayisədə 12,9 faiz aşağı göstəricidir”.

Palata sədri deyib ki, digər mənbələrdən daxil olmalar üzrə proqnoza tam əməl edilib: “Digər daxilolmalara gəlincə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə isə nəzərdə tutulmuş məbləğ 2014-cü illə müqayisədə artımla və proqnozun 100,1 faizi səviyyəsində icra edilib. Ayrı-ayrı tədiyyə növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, proqnozlar 7 mənbə üzrə 100,0%dən çox, 4 mənbə üzrə 100,0 fvaiz% səviyyəsində, 5 mənbə üzrə isə kəsirlə yerinə yetirilib”.

SOCAR da 2015-ci ildə 1 milyard 785 milyon manat ziyanla işləyib. Ancaq 2014-cü ildə şirkətin gəliri 1 milyard 274 milyon manat olmuşdu. Turan-nın məlumatına görə, bu bilgilər şirkətin 2015-ci il üzrə hesabatında açıqlanır. 2015-ci ildə SOCAR-ın gəlirləri 33 milyard 103 milyon manat (azalma 16,6 faiz) olub.

Həmin ildə şirkətin əməliyyat mənfəəti isə 1 milayard 287 milyon (azalma 28,5 faiz) təşkil edib. SOCAR dövlət büdcəsinə isə 201 milyon manat (azalma 2,3 dəfə) mənfəət vergisi verib.

Hesabata görə, SOCAR-ın aktivləri 66 faiz artaraq 39 milyard 954 milyon manata düşüb.

Öhdəlikləri isə iki dəfə artıb – 25 milyard manata yüksəlib.

2015-ci ildə SOCAR-ın kapitalı 32,5 faiz artıb – 14 milyard 648 milyon manata çatıb. Şirkətin nizamnamə kapitalı 1 milyard 423 milyon manat (azalma 4,9 faiz), bölünməmiş mənfəəti isə 6 milyard 191 milyon manatdır (azalma 25,8 faiz).

2015-ci ildə şirkətin öhdəlikləri də iki dəfəyə yaxın artıb. Öhdəliklər indi 25 milayrd 306 milyon manat təşkil edir. Uzunmüddətli öhdəliklər 15 milayard 59 milyon (artım 2,5 dəfə), cari öhdəliklər isə 10 milyard 247 milyon (artım 48,7 faiz) manatdır.

Hesabata görə, ötən ilin sonunadək SOCAR 3 Azərbaycan bankında 543 milyon manat depozit yerləşdirib. Bunun 461 milyon manatı Beynəlxalq Bankda, 32 milyon manatı “Xalq Bank”da, 50 milyon manatı isə “Paşa Bank”dadır.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Azərbaycan nefti yenidən bahalaşdı

%d bloqqer bunu bəyənir: