“Boavişta” Kamran Ağayevə rəqib tapdı

Kamran Ağayev və Emin Mahmudovun komandası “Boavişta” heyətini gücləndirib.

Portuqaliya klubu yeni qapıçı transfer edib.

Kamran Ağayevin bir nömrəli dəri əlcək sahibi olduğu “Boavişta” “Muskron”da çıxış edən Vaqner da Silva ilə anlaşıb. Klublar arasında razılığa əsasən, 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər “Boavişta”da icarə əsasında çıxış edəcək.

Bu keçid, bəlkə də, tez-tez Azərbaycana qayıtmaq istədiyini bildirən Kamran Ağayevin yolunu açmaq üçün reallaşıb. Hər halda Ağayev “Boavişta”da qalmasa, ikinci dövrədən etibarən çərçivə Vaqnerə həvalə ediləcək.

Qeyd edək ki, 2010-cu ildən karyerasını Portuqaliyada davam etdirən Vaqner da Silva 5 il “Eştoril”də çıxış etdikdən sonra 2015-ci ildə “Muskron”a keçib.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

“Məsut Özili bir həftədir görmürəm”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: