Now Reading:
BNA-ya aid 185 saylı marşrut xəttinin sürücüləri avtobuslarını qoyub qaçdı – DYP reyd keçirdi
Full Article 50 second read

BNA-ya aid 185 saylı marşrut xəttinin sürücüləri avtobuslarını qoyub qaçdı – DYP reyd keçirdi



Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları reyd keçiriblər.

Qaynarinfo.az-a daxil olan məlumata görə, reyd zamanı Neftçilər-Pirşağı xətti üzrə hərəkət edən 185 saylı marşrut avtobuslarından səkkizinin qanunsuz xəttə çıxdığı aşkarlanıb və saxlanılaraq cərimə meydançalarına aparılıb.

Reysə qanunsuz buraxılan avtobuslardan 7-si Nizami rayonu ərazisində yerləşən cərimə meydançasına, biri isə Ramana ərazisində yerləşən cərimə meydançasına aparılıb.

Sürücülərdən 3-ü reyddən xəbər tutduqda isə avtobuslarını Pirşağıdakı dayanacaqda qoyub qaçıblar.

Keçirilən reyd zamanı o da məlum olub ki, avtobuslar marşrut üzrə hərəkət istiqamətini də pozub. Belə ki, Neftçilər-Pirşağı üzrə hərəkət etməli olan avtobuslar Neftçilər-Pirşağı-Kürdəxanı xətti üzrə hərəkət edirmişlər.

DYP-nin 3 ekipajla keçirdiyi reyddə həmçinin məlum olub ki, marşrut xəttindəki avtobusları idarə edən sürücülərin bir çoxunun müvafiq kateqoriyaları yoxdur.

Qeyd edək ki, 185 saylı marşrut xətti Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən İsmayılov Qurbanəli adlı sahibkara verilib.

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. O, DYP-nin reyd keçirdiyini və 185 saylı marşrut xəttində müəyyən qanunsuzluqlar aşkarlandığını təsdiqlədi.

Aydın
Qaynarinfo.Az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: