BMT Pxenyanı tənqid edir


Aprelin 24-də BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanı daha bir raket sınağına görə tənqid edib. Pxenyan ölkə lideri Kim Jong Un-in nəzarəti altında sualtı qayıqdan atılan ballistik raketi uğurla sınaqdan çıxardığını bildirib.

«Təhlükəsizlik Şurası üzvləri Şimali Koreya Demokratik Xalq Respublikasının sualtı qayıqdan ballistik raket atmasını kəskin şəkildə qınayır», – BMT-nin bəyanatına deyilir.

BMT bunu Təhlükəsizlik Şurasının qətnamələrinin növbəti dəfə ciddi pozulması adlandırıb.

Cənubi Koreya aprelin 23-də bildirmişdi ki, Pxenyanın şərq sahilindən atılan raket 30 kilometr məsafə qət edib.

ABŞ Prezidenti Barack Obama da bu sınağı «təxribatçı» adlandırıb.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Qazaxıstanda torpaq etirazı

%d bloqqer bunu bəyənir: