Advertisements
24 saat

BMT-nin baş katibi təmas xəttində hərbi əməliyyatlara son qoymağa çağırıb


pan-gi-mumBMT-nin baş katibi Pan Gi Mun Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üzrə tədbirlər görməyə çağırıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə baş katibin bəyanatında bildirilir.
“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır”, – deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, Pan Gi Mun ağır silahların tətbiq olunması və mülki əhali arasında da olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: