Loading...
Loading...

BMT-nin baş katibi İlham Əliyevlə Qarabağ məsələləri müzakirə etdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

BMT-nin baş katibi Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müəyyən qlobal hadisələr səbəbindən iştirak edə bilməyəcəyi ilə bağlı təəssüfləndiyini bildirib, Forumun işinə uğurlar arzulayıb və tədbir zamanı videomüraciətini səbirsizliklə gözlədiyini söyləyib.

Prezident İlham Əliyev telefon zənginə görə minnətdarlığını bildirib, ölkəmizin BMT ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.
APA

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Moskva İrəvana təzyiq edir ki, 5 rayonu azad etsin” – Rusiya nəşri

%d bloqqer bunu bəyənir: