Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

BMT-dən şok hesabat: 69 milyon uşaq öləcək

BMT-nin Uşaq Fondu (UNİCEF) milyonlarla uşağın öləcəyini açıqlayıb.

UNİCEF dünyada hökm sürən aclıq, səfalət və bu kimi halların 2030-cu ilədək dəyişməyəcəyi təqdirdə nələr baş verəcəyinə dair hesabat hazırlayıb. Aparılan araşdırmalar və hesablamalara əsasən müəyyən edilib ki, əlverişsiz şəraitdə yaşayan uşaqların səhiyyə və təhsil şəraiti yaxşılaşdırılmasa 2030-ci ilədək yaşı 5-ə qədər olan 69 milyon uşaq dünyasını dəyişəcək.

Hesabata görə, mövcud vəziyyət və əhalinin artım sürəti eyni qalarsa 2030-cu ildə 167 milyon uşaq hədsiz yoxsulluq çəkəcək, 60 milyon uşağın ibtidai təhsil olmayacaq, 750 milyon qız isə uşaq yaşlarında ərə gedəcək.

O da bildirilir ki, hesabatda qeyd edilən səbəblərin qarşısı alınmadığı halda ən çox ölümlər Cənubi Asiya və Afrikada yaşanacaq.(“Qafqazinfo”)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İraqda məsciddə 12 nəfər ölüb

%d bloqqer bunu bəyənir: