Advertisements
24 saat

BMT-də Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edildi


Cümə axşamı günü Cenevrədə BMT-nin İnsan haqları komitəsi Azərbaycanda insan haqlarının vəziyyətinə baxıb və bəzi məsələləri müzakirə edib.

24saat.org-un BBC-yə istinadən məlumatına görə, dövlətə ünvanlanan qeyd və sualların əksəriyyətində qeyd olunub ki, qanunvericiliyin özündə böyük problem olmasa da, onun necə yerinə yetirildiyi suallar doğurur.

Məruzəçilərin çoxu qadın haqlarını dilə gətirib, qadınlara qarşı zorakılıq hallarının artdığını qeyd ediblər.

Azərbaycan nümayəndə heyəti isə cavablarında qeyd edib ki, bəzi sual və qeydlər “reallıqdan uzaqdır”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: