Advertisements
24 saat

BMT Baş katibi Azərbaycan, Ermənistan və Gürcüstan səfərini təxirə saldı


BMT Baş katibi Pan Ki Mun Cənubi Qafqaz regionu respublikalarına planlaşdırılan səfərini təxirə salıb.

Virtualaz.org xəbər verir ki, bu barədə BMT-nin İrəvandakı ofisi bildirib. Baş katibin səfərinin təxirə salınmasının səbəbi açıqlanmır.

Bundan əvvəl xəbər verilmişdi ki, BMT Baş katibi Cənubi Qafqaz respublikalarına səfər edəcək, aprelin 25-də Ermənistanda, daha sonra Azərbaycanda olacaq.

Onun səfər zamanı Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcəyi gözlənilirdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: