Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Biznesmenə sosial müavinət verilib – Qubada

Quba rayonundan 24saat.org-a müraciət edən yerli sakinlərin sözlərinə görə, yardıma möhtac olan Məmmədrzayev Arif Qəribşah oğlu ailəsi üçün ünvanlı sosial yardım almaq üçün uzun illər şikayətlər edib. Lakin nəticəsi olmayıb. Bundan sonra o, 2012-ci ildə ölkə Prezidentinə müraciət etməli olub.

Lakin bir neçə iribuynuzlu heyvanları, onlarla arı yeşikləri, onlarla ev quşları (toyuqları) və hektarlarla əkin sahələri olan “Zərqava” ittifaqının sədri və təsisçisi Abdullayev Mübariz Abdal oğlu üçün 2014-2015-ci illər dövrü üçün hər ay 150,09 manat məbləğində ünvanlı sosial yardım təyin edilib.
Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin ünvanlı sosial yardımla bağlı elektron məlumatlarında yardıma ehtiyacı olmayan, lakin qanunsuz yardım alan şəxslərin yaşayış ünvanları qeyd edilmir. Bununla da qanunsuz ünvanlı sosial yardım alan şəxslər barədə məlumatların gizliliyi təmin edilir.

24saat.org saytı məsələs ilə bağlı araşdırmalarını davam etdirir.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Qarabağ məsələsini daha 20 il müddətinə uzatmaq istəyirlər”

%d bloqqer bunu bəyənir: