Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Biznes Dialoq” şirkətinin rəhbərinin və anasının qətli ilə bağlı məhkəmə başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxs ona ittiham aktının verilmədiyini bildirib. Buna görə, proses iyunun 2-nə təxirə salınıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş.

Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.

İnarə Rafiqqızı Virtualaz.org

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Erməni deputat: “Sarkisyan Qarabağı qaytarmağa hazırdır”

%d bloqqer bunu bəyənir: